"Daha Putinə zəng etmə" - Ətrafından Trampa məsləhət 

Trampın yaxın ətrafı ona tam atəşkəsə əməl etməyincə Putinə zəng etməməyi tövsiyə edib.

Apr 4, 2025 - 12:30
"Daha Putinə zəng etmə" - Ətrafından Trampa məsləhət 

SAVASHMEDİA.az bu barədə NBC News telekanalına istinadən xəbər verir.

ABŞ administrasiyasiyasının iki rəsmi şəxsinin sözlərinə görə, hazırda Tramp və Rusiya prezidenti Vladimir Putin arasında heç bir telefon danışığı planlaşdırılmayıb.

Amma administrasiya təmsilçiləri xəbərdarlıq ediblər ki, Tramp qəfildən Putinlə danışmağa qərar verə bilər. Lakin onlar Trampa bildiriblər ki, telefon zəngi heç də yaxşı ideya deyil. Çünki Putin Rusiya-Ukrayna müharibəsində tam atəşkəslə razılaşdığı barədə Ağ Evə məlumat vermir. 

Xatirə SADİQ