Paşinyan Müctəba Xameneiyə və Pezeşkiana MƏKTUB GÖNDƏRDİ - MƏTN

Ermənistanın Baş naziri Nikol Paşinyan Novruz bayramı münasibətilə İranın Ali Rəhbəri Müctəba Xameneiyə və İran Prezidenti Məsud Pezeşkiana təbrik məktubları göndərib.

Mar 21, 2026 - 13:25
Paşinyan Müctəba Xameneiyə və Pezeşkiana MƏKTUB GÖNDƏRDİ - MƏTN

SAVASHMEDİA.az həmin məktubların mətnlərini təqdim edir:

Müctəba Xamneiyə ünvanlanan məktubda deyilir:

"Sizi və dost İran xalqını İranın Yeni ili - Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Yeni həyat və oyanış rəmzi olan bu bayram dost İran xalqına firavanlıq gətirsin. Əminəm ki, iki dost ölkə arasında münasibətlər səmimiyyət, etimad və qarşılıqlı hörmət üzərində qurularaq gələn ildə də inkişaf etməyə davam edəcək. Dost İran xalqına davamlı sülh arzulayıram."

İran Prezidentinə ünvanlanan təbrikdə deyilir:

“Ermənistan xalqı və şəxsən öz adımdan sizi və qardaş İran xalqını İranın Yeni ili - Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Qoy yazın başlanğıcını müjdələyən bu bayram dost İrana davamlı sülh və firavanlıq gətirsin. Fürsətdən istifadə edərək sizə möhkəm cansağlığı, qonşu İran xalqına isə firavanlıq arzulayıram".

Oğuz