Ukraynalı nazir amerikalı həmkarına şikayət etdi

Ukrayna xarici işlər naziri Andrey Sibiqa amerikalı həmkarı Marko Rubioya Rusiyanın “enerji atəşkəsi”nin şərtlərini son dəfə pozması barədə məlumat verib.

Apr 4, 2025 - 12:17
Ukraynalı nazir amerikalı həmkarına şikayət etdi

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu görüş NATO-nun Brüsseldəki mənzil-qərargahında üzv ölkələrin xarici işlər nazirlərinin iclası çərçivəsində baş verib.

Andrey Sibiqa ölkəsinin sülh səylərinə və bu məsələdə Amerika liderliyinə sadiqliyini bir daha təsdiqləyib.

“Ukrayna sülhə tam sadiqdir. Buna nail olmaq üçün konkret, qeyd-şərtsiz addımlar atdığı vaxtda Rusiya yübatmağa davam edir. Mən həmkarıma Rusiyanın son atəşkəs rejimini pozması barədə də məlumat vermişəm”, - deyə Sibiqo danışıb. 

Xatirə SADİQ