“Budapeştdə LGBT paradının keçirilməsinə icazə verməyəcəyəm" –  Orban

Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə "LGBT-Pride" (LGBT-Qürur) paradının ləğv ediləcəyini bildirib. 

Feb 28, 2025 - 18:41
“Budapeştdə LGBT paradının keçirilməsinə icazə verməyəcəyəm" –  Orban

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Budapest Times” yazıb. 

Baş nazir əlavə edib ki, gender ideologiyasının təşviqi uşaqlar üçün zərərlidir: “Belə şeylərə qətiyyən yol verilməməli idi”.
 
O, hazırda Qərbdə “nə kişi, nə də qadın”ın altmış fərqli kateqoriyasının təşviq olunduğuna diqqəti cəlb edib və qeyd edib ki, Macarıstan bu cür ideologiyalara qəti şəkildə qarşı çıxacaq. 

Orbanın sözlərinə görə, son qlobal dəyişikliklər, o cümlədən LGBTQ+ tərəfdarı olan diplomatların işdən çıxarılması beynəlxalq siyasətdə dönüş nöqtəsindən xəbər verir. 

“Dünya dəyişib. Bu səfirlər vətənlərinə göndərilib”, - o, xatırladıb. 

Xatirə SADİQ