Rusiya yeni səfirini Vaşinqtona göndərir - Darçiyev kimdir?
Rusiya və ABŞ yeni səfir Aleksandr Darçiyevin Vaşinqtonda çalışmasını razılaşdırıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Məlumata görə, yaxın vaxtlarda Aleksandr Darçiyevin ABŞ-yə yola düşməsi gözlənilir.
ABŞ Dövlət Departamentindən bildirilib ki, Darçiyev Rusiya Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin direktorudur. O, bir gün əvvəl İstanbulda ABŞ ilə keçirilən danışıqlarda Rusiya Federasiyasını təmsil edib. Görüşdə səfirliklərin fəaliyyətinin bərpası məsələsi müzakirə olunub.
Xatirə SADİQ