Lavrov Makronu pis vəziyyətdə qoydu – “Moskvaya Ukraynasız dialoq təklif edib”

“Fransa bir neçə dəfə qapalı kanallar vasitəsilə Rusiyaya müraciət edərək Kiyevin iştirakı olmadan Ukrayna üzrə dialoqun qurulmasına köməyi təklif edib”.

Dec 26, 2024 - 14:39
Lavrov Makronu pis vəziyyətdə qoydu – “Moskvaya Ukraynasız dialoq təklif edib”

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında bildirib. 

Lavrov heç kimi pis vəziyyətdə qoymamaq üçün təfərrüatları açıqlamadığını bildirib. O, qeyd edib ki, Parisdən gələn belə təklif Qərb ölkələrinin dəstəklədiyi “Ukrayna haqqında Ukraynasız heç bir kəlmə” prinsipini pozur.

Nazir vurğulayıb ki, Moskva təmaslardan imtina etmir və digər ölkələrin təkliflərini dinləməyə hazırdır. Amma, onun sözlərinə görə, Rusiya üçün Parisin təşəbbüslərini ciddi qəbul etmək çətindir, çünki Fransa “qeyri-müəyyən davranış nümayiş etdirir”. Bu ölkə Ukraynaya sülhməramlı qoşunların göndərilməsi tərəfdarıdır və öz ərazisində Ukrayna Silahlı Qüvvələrinin bölmələrinə təlim keçir.
 
Xatirə SADİQ