Tramp Zelenskiyə hirsləndi - "Hörmətsizlik edirsən"
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla görüşdə təhlükəsizliyin Ukraynaya atəşkəsdən daha vacib olduğunu deyib.
“Bizə atəşkəsdən daha çox şey lazımdır. Biz bunu artıq dəfələrlə etmişik, Putin bunu 25 dəfə pozub”, - deyə Zelenski bildirib.
SAVASHMEDİA.az-ın məlumatına görə,Donald Tramp cavabında bildirib ki, tərəflər sülh razılaşmasına nail olsalar, müharibə bitəcək.
"Rusiya müharibəyə qayıtmaq istəməyəcək, heç kim geri qayıtmaq istəməyəcək", - Tramp bildirib.
ABŞ prezidenti bildirib ki, Vaşinqton Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün sazişin parametrlərini işləyib hazırlamağa başlayıb.
Tramp həmçinin bildirib ki, Ukrayna prezidenti Rusiya ilə danışıqlarda güzəştə getməli olacaq.
Amerika liderinin sözlərinə görə, Vaşinqton artıq Moskva ilə sülh sazişinin parametrlərini müzakirə etməyə başlayıb. “Mən prezident Putinlə danışdım və biz bunu həm sizə, həm də ona uyğun gələn nəticəyə çatdırmağa çalışacağıq. Biz razılığa gəlməliyik. Amma biz artıq onun çərçivəsini açıqlamışıq və düşünürəm ki, nəsə əldə edə bilərik”, - Tramp bildirib.
“Kompromis olmadan heç bir sövdələşmə mümkün deyil. Ona görə də, əlbəttə ki, o (Zelenski) müəyyən kompromislərə getməli olacaq”, – Tramp jurnalistlərin suallarını cavablandırarkən deyib. “
Zelenski ilə jurnalistlərin iştirakı ilə keçirilən görüşdə Tramp rus qoşunlarının Ukrayna ərazisini tərk edib-etməyəcəyi ilə bağlı suala belə cavab verib: “Görəcəyik. Orada çox böyük ərazi işğal olunub”.
Zelenski diplomatiyanın zərurətindən danışan ABŞ-nin vitse-prezidenti J.D.Vens ilə mübahisə edib. “Mən artıq Makron və Merkelin iştirakı ilə Putinlə müqavilə imzalamışam. Burada hansı diplomatiyadan söhbət gedir? – Zelenski əsəbi tonda ona cavab verib.
Vens isə bunları deyib: “Mən tarixi görürəm, Ukrayna xalqının başına gələnləri görürəm. Görürəm ki, orduya adam ala bilmirsən. Siz bizim administrasiyaya hücum edə bilməzsiniz”.
Eyni zamanda Tramp Zelenskiyə müraciətlə “onun bizə nəyisə diktə etməyə haqqı yoxdur” deyib.
Tramp Zelenskiyə “Sən bizim ölkəmizə hörmətsizlik edirsən” deyib.
Oğuz