Zelenskidən Trampa - “Şikayət etmək istəmirəm, amma…” 

Ukrayna NATO sammitində elan edilən əlavə “Patriot” sistemlərini hələ də almayıb.

Apr 14, 2025 - 11:52
Zelenskidən Trampa - “Şikayət etmək istəmirəm, amma…” 

SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski CBS News telekanalına müsahibəsində deyib. 

Ukrayna lideri qeyd edib ki, ölkəsi hələ ki, Rusiyanın ballistik hücumlarını dəf etmək üçün kifayət qədər sayda hava hücumundan müdafiə sistemlərinə malik deyil. 

“Mən şikayət etmək istəmirəm, ABŞ-yə bizə təqdim etdiklərinə görə minnətdarıq. Amma uşaqlar və böyüklər raket hücumlarından həlak olanda mən nədən daha çox əlavə “Patriot” sistemləri haqqında razılaşa bilmədiyimizi anlaya bilmirəm. Üstəlik, NATO-nun Vaşinqtonda keçirilən sammitində belə razılaşma vardı və biz hələ də o əlavə Patriot sistemlərini almamışıq. Mən ABŞ-nin seçiminə hörmətlə yanaşıram, amma ABŞ belə sistemləri bizə verməyəndə və ya bizə satmayanda – biz istənilən formata hazırıq, məsələ pulda deyil – bəzi avropalı tərəfdaşlar da maddi yardım etməyə hazırdır ki, biz bu bahalı sistemləri ala bilək. Amma ABŞ deyir ki, bu gün heç bir imkan yoxdur. Amma eyni zamanda belə sistemləri, məsələn, İsrailə ötürürlər. Mən demirəm ki, İsrailin buna ehtiyacı yoxdur. Bəs biz ədalətli tərəfdaşıqsa, yəni Ukraynanı müdafiə etməyin yolunu tapmaq imkanı yoxdur?” – deyə Zelenski telekanalın “60 dəqiqə” proqramına bildirib.

Xatirə SADİQ