"Orban lətifə danışır, mən Orban kimilərini..." - Zelenski sərt danışdı, beləsi olmamışdı 

Ukrayna prezidenti Vladimir Zelenski Macarıstanın baş naziri Viktor Orbanı faydasız vasitəçilik cəhdlərinə görə tənqid edib.

Dec 17, 2024 - 22:23
Dec 17, 2024 - 22:24
"Orban lətifə danışır, mən Orban kimilərini..." - Zelenski sərt danışdı, beləsi olmamışdı 

SAVASHMEDİA.az “İnterfaks-Ukrayna”ya istinadla xəbər verir ki, dekabrın 17-də Ümumkrayna Yerli və Regional Hakimiyyətlər Konqresinin iclasında çıxış edən Zelenski Orbanın Rusiya üzərində heç bir təsir rıçaqının olmadığını deyib:

"İndi belə bir şəxs gəlib sülh təşəbbüslərindən danışır. Biz Ukraynanın güclü ölkə olduğunu  döyüş meydanında isbatlamışıq. İndi Avropada başqasının belə bir təcrübəsi varmı? Heç kimdə yoxdur. Orbanın belə ordusu varmı? Yox. Bəs o, Putinə necə təzyiq edəcək? Bizə lətifə danışmaq lazım deyil. Qoy Orban bütün bunları özü üçün saxlasın. Mən  Orban və onun kimilərini içəri buraxmayacağam”.

Zelenski qeyd edib ki, Ukraynanın ABŞ ilə vasitəçisiz birbaşa əlaqələrə ehtiyacı var. 

Xatırladaq ki, Kiyev və Budapeşt arasında onsuz da gərgin olan münasibətlər ötən həftə Viktor Orbanın Rusiya prezidenti Vladimir Putinə zəng etməsindən sonra daha da pisləşib. Bundan sonra Orban bildirib ki, o, Ukraynaya Milad bayramı üçün atəşkəs və genişmiqyaslı hərbi əsir mübadiləsini bərqərar etməyi təklif edib, lakin prezident Vladimir Zelenski bu təklifi rədd edib.

Oğuz