“Budapeşt Memorandumu beynəlxalq vədləri boş sözə çevirdi” - Zelenski
“Budapeşt Memorandumu uğursuz və boş sözlərə çevrildiyindən Ukrayna yeni təhlükəsizlik arxitekturası qurur”.
SAVASHMEDİA.az xəbər verir ki, bu fikri Ukrayna prezidenti Vladimir Zelenski BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə yüksək səviyyəli iclasında çıxış edərkən deyib.
“Ukraynanın nüvə silahından imtinası müqabilində təhlükəsizliyini təmin etmək məqsədi daşıyan Budapeşt Memorandumu iflasa uğradı. Bu, beynəlxalq vədlərin boş sözlərə çevrilə biləcəyini sübut etdi. Ona görə də bu gün biz Böyük Britaniya, Fransa və 30-dan çox ölkə ilə birlikdə bizim koalisiyamızda yeni təhlükəsizlik arxitekturasını qururuq. Biz ABŞ-nin etibarlı dəstəyinə ümid edirik”, - deyə Zelenski diqqətə çatdırıb.
Zelenskinin sözlərinə görə, real təhlükəsizlik zəmanətləri elə həddə olmalıdır ki, Rusiya bir daha yenidən onu keçə bilməsin.
Xatirə SADİQ