“Fransızlar qüdrətli ölkəmizə çox minnətdar olmalıdırlar” - Trampın sözçüsü

“Amerika Birləşmiş Ştatları sayəsində fransızlar indi almanca danışmırlar”.

Mar 18, 2025 - 11:57
“Fransızlar qüdrətli ölkəmizə çox minnətdar olmalıdırlar” - Trampın sözçüsü

SAVASHMEDİA.az xəbər verir ki, bunu Ağ Evin sözçüsü Kerolayn Livitt Avropa Parlamentinin deputatı Rafael Qlüksmanın “Azadlıq heykəli”ni geri qaytarmaq çağırışını şərh edərkən jurnalistlərə deyib. 

“ABŞ prezidenti Donald Tramp “Azadlıq heykəli”ni Fransaya göndərməyə hazırlaşırmı” sualına cavabında Kerolayn Livitt bildirib ki, ABŞ bunu etməyəcək.

“Qətiyyən yox və mənim bu adsız aşağı ranqlı fransız siyasətçisinə tövsiyəm odur ki, yalnız Amerika Birləşmiş Ştatlarının sayəsində fransızların almanca danışmadığını xatırlasın. Buna görə onlar qüdrətli ölkəmizə çox minnətdar olmalıdırlar”, - deyə Ağ Evin sözçüsü əlavə edib. 

Xatirə SADİQ