“34 saat qanunsuz saxlanıldım” – Çex jurnalist Gürcüstana niyə buraxılmadı?
Gürcüstana buraxılmayan və Tiflis hava limanında 34 saat saxlanılan çex jurnalisti Rey Beysli Praqaya qayıdıb.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki jurnalist bu barədə “X” platformasında yazıb.
“Tiflis hava limanında dünya ilə heç bir əlaqə olmadan 34 saat qanunsuz saxlandıqdan sonra mən indi Varşava hava limanında təhlükəsizlikdəyəm”, - deyə jurnalist vurğulayıb.
Beysli qeyd edib ki, Gürcüstanı tərk etməyinə görə məyus olub: “Bu seçkilər ölkə və dünya üçün həlledici əhəmiyyətə malikdir. İndi mən Praqaya yollanıram.
Ümid edirəm ki, başqalarının köməyi ilə yaxın gələcəkdə Sakartveloya qayıda biləcəyəm. Mənə kömək edən hər kəsə – Tiflis hava limanına gələnlərə, jurnalist dostlara, Çexiya hakimiyyət orqanlarına və şəbəkədə olan bir çoxlarınıza təşəkkür edirəm”.
Çex jurnalisti əlavə edib ki, başına gələnləri sonrakı statuslarında izləyicilərinə çatdıracaq və kütləvi informasiya vasitələrinə müraciət edib: “Qanuni nümayəndəm və Çexiya dövləti ilə danışdıqdan sonra daha ətraflı danışmaqdan məmnun olaram. Hər kəsə bir daha təşəkkür edirəm. Ümid edirəm ki, Sakartveloya qayıdacağam”.
Xatırladaq ki, çex jurnalisti Rey Beysli oktyabrın 22-də Gürcüstana buraxılmayıb. O, bu barədə sosial şəbəkədə məlumat yayıb, həmçinin Sərhəd polisi tərəfindən ona verilən sənədin fotosunu dərc edib. Həmin sənəddə ölkəyə girişin qadağan olduğu yazılıb. Bu addım “Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş digər tələblərə cavab vermədiyi” ilə izah edilib.
Rey Beysli əvvəllər də Gürcüstanda olub və yazda Tiflisə keçirilən anti-Rusiya aksiyalarını fəal işıqlandırıb.
Xatirə SADİQ