"İran razılaşmasa, döyüşlər başlayacaq" - Tramp

ABŞ prezidenti Donald Tramp İranla bağlı gərginlik fonunda diqqətçəkən açıqlama verib. 

Apr 16, 2026 - 23:58
"İran razılaşmasa, döyüşlər başlayacaq" - Tramp

O, Vaşinqtonun mövcud atəşkəs rejiminin müddəti başa çatana qədər Tehranla razılaşma əldə olunmaması halında hərbi ssenarinin yenidən gündəmə gələ biləcəyini istisna etməyib.

Nevada ştatına səfər etməzdən əvvəl jurnalistlərin suallarını cavablandıran Tramp bildirib ki, diplomatik həll əldə olunmazsa, ABŞ tərəfi əvvəlki hərbi əməliyyatları bərpa edə bilər.

Onun sözlərinə görə, prosesin gələcək gedişi İranın mövqeyindən birbaşa asılıdır və razılaşma əldə olunmadığı təqdirdə vəziyyət yenidən eskalasiya mərhələsinə keçə bilər.

“Deyərdim ki, əgər razılaşma olmasa, döyüşlər yenidən başlayacaq”, – deyə Tramp vurğulayıb.

Açıqlama ABŞ–İran xəttində onsuz da gərgin olan münasibətlərin daha da kəskinləşə biləcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Oğuz
SAVASHMEDİA.az