İsa Arası öldürən valideyn DANIŞDI - "Kapşon taxmışdı, qaçırdı..." + FOTOLAR

Türkiyənin Kahramanmaraş şəhərindəki məktəbdə 9 nəfəri qətlə yetirib, 20 nəfəri yaralayan 14 yaşlı İsa Aras Mersinlinin necə öldüyü məlum olub.

Apr 16, 2026 - 23:14
İsa Arası öldürən valideyn DANIŞDI - "Kapşon taxmışdı, qaçırdı..." + FOTOLAR

SAVASHMEDİA.az xəbər verir ki, VIII sinif şagirdi olan İ. A. Mersinli övladları həmin məktəbdə oxuyan Necmeddin Bekçi adlı valideyn tərəfindən zərərsizləşdirilib.

Necmettin Bekçi istintaqa verdiyi ifadədə hadisənin baş verdiyi anları danışıb:

“Saat 12:30 da kiçik qızımı məktəbə apardım. Sonra evə qayıtdım. 13:30-da çöldən silah və çəkic səslərinə oxşar səslər eşitdim. Əvvəlcə inşaatdan gəldiyini düşündüm. Sonra səslər daha da artmağa başladı. Balkona çıxdım. Şagirdlərin pəncərələrdən tullandığını gördükdə səslərin məktəbdən gəldiyini anladım. Uşaqlarım dərsdə olduğu üçün məktəbə doğru qaçdım”.

Necmeddin Bekçi

N.Bekçi bildirib ki, İsa Aras Mersinli hadisəni törədəndən sonra qaçmağa cəhd edib:

“Məktəbin arxa qapısından içəri girdim. Pilləkənləri qalxandan sonra yerə yıxılmış bir nəfəri və onu zərərsizləşdirməyə çalışan bufetçi Ümidi və müəllim olduğunu düşündüyüm iki nəfəri gördüm. Onlara tərəf qaçdım. Cinayətkarın saçı uzun idi, başında kapşon var idi, üzünü görə bilmədim. İri cüssəli idi, elə bildim 25-30 yaşı var. Cinayətkar qaçmağa çalışırdı. O anda haradan götürdüyümü xatırlamadığım bir bıçağı ayağına tuşladım. Məqsədim başqalarına da zərər verməsinin qarşısını almaq idi. Bıçağı da hadisə yerində qoydum. Hadisənin təsirindən çox şeyi xatırlamıram.

Daha sonra hadisə yerinə polis, təcili tibbi yardım və digər vətəndaşlar gəldi. Yaralı uşaqları çölə çıxardıq. Qızım hələ də məktəbdə idi, onu tapdım. Oğlum silah səslərini eşidən andan qaçıb tualetdə gizlənib. Fürsət tapan kimi evə gedib. Siniflərindən iki dostu hücum nəticəsində həyatını itirib”.

Xatırladaq ki, İsa Aras Mersinli kəsici-deşici alətlə yaralanma nəticəsində baş vermiş qanaxmadan ölüb.

Banu

Necmeddin Bekçi