Rəşad Dağlının istintaqa verdiyi ŞOK ifadə - "Guya bir məhkum deyibmiş ki..."

Tanınmış meyxanaçı Rəşad Dağlının istintaq dövründə qətl törətməsi ilə bağlı ətraflı detallar ortaya çıxıb. 

Jun 22, 2026 - 14:28
Jun 22, 2026 - 16:56
Rəşad Dağlının istintaqa verdiyi ŞOK ifadə - "Guya bir məhkum deyibmiş ki..."

SAVASHMEDİA.az milli. az-a istinadla xəbər verir ki, o, ifadəsində Lökbatan dairəsi yaxınlığındakı ərazidə qonşusu İsgəndər Mehdiyevi necə öldürdüyünü danışıb:

"Təxminən 1 həftə əvvəl Yasamal bazarının arxasında, İskəndərgilin evinin önünə gələrək qapının ağzında onunla görüşdüm. Bir qədər söhbət etdik, söhbət zamanı İskəndər mənə dedi ki, cəzaçəkmə müəssəsində olarkən bir nəfər məhkum ona danışıb ki, guya mən seksual azlıq nümayəndəsiyəm və guya mənim belə hərəkətlərim barədə onun sübutları var. Dedi ki, həmin şəxs səndən pul tələb edir, sən müəyyən qədər pul versən, onunla görüşüb bu məsələni bağlayaram".

Dedim ki, həmin şəxs kimdirsə, mənə desin onunla görüşüm, görüm mənim barəmdə bu söhbəti necə yayıb və nə sübutu var. Lakin o dedi ki, sənin onunla görüşməyin məsləhət deyil. Bu məsələni mən yoluna qoymalıyam. Dedi ki, guya həmin şəxsin nömrəsi də onda yoxdur, qonşuları vasitəsilə əlaqə saxlayır.

Ümumilikdə onun danışığından belə məlum oldu ki, o məni sadəcə yola verir. Haqqımda həqiqətə uyğun olmayan və şəxsiyyəti alçaldan şayiələr yaymaqla məndən pul tələb etmək istəyir. Mən əmin oldum ki, əslində elə adam yoxdur. Bu sadəcə İskəndərin öz qurmasıdır. Bir kişi kimi qəbuledilməz ittihamlar olduğundan və cəmiyyət arasında tanınaraq nüfuza malik olduğumdan bu məsələlər mənə pis təsir edirdi. Buna baxmayaraq, mən ona heç bir zorakılıq etmədən aralaşıb getdim. Düşündüm ki, bəlkə, bu iddiasından əl çəkər, məni bir daha narahat etməz. Lakin düşündüyümün əksinə İskəndər dəfələrlə zəng edərək məni narahat etməyə başladı".  

Mənə kifayət qədər sms göndərirdi. Mən telefonu açandan sonra mesajları gördüm. Mesajlarda "sən, deyəsən, vəziyyətin ciddiliyini görmürsən və həmin ittihamları qəbul edirsən. Əgər elədirsə, mən 2-3 Yasamal uşağın götürüb gedib onunla söhbət edərəm". 

Rəşad həmin mesajları oxuyandan sonra silib və əmin olub ki, İskəndər onu şantaj edir. O, İskəndəri fikrindən daşındırmağa çalışıb:

"Noyabrın 8-dən 9-a keçən gecə Rəşad Dağlı növbəti dəfə Babək prospektində şadlıq saraylarının birindən çıxarkən İskəndərə zəng edib  və ondan bu söz-söhbətə son qoymasını istəyib. Lakin buna baxmayaraq, İskəndər yenidən Rəşadı təhdid edib. Ona deyib ki, əgər özü könüllü formada bu məsələ ilə bağlı addım atmasa, onu gecə saat neçədə olur-olsun gəlib düz evlərindən çıxardacaq. Nəticədə, Rəşad məcburiyyət qarşısında qalıb İskəndərlə görüşmək qərarına gəlib:

"Məni təhqir etdi, mən də cavab olaraq onu təhqir etdim. Mənim təhqirimdən sonra əlindəki bıçağı mənə tuşlayıb vurmaq istədi. Bıçağı əlindən alıb mən onu vurdum. İskəndərin öldüyünü anladıqdan sonra meyitini asfalt yolun kənarına atdım. 

Hadisənin şokundan ayılandan sonra avtomobilimi aparıb ata evimin önündə saxladım. Daha sonra isə Yasamal Rayon Polis İdarəsinə könüllü yaxınlaşaraq törətdiyim əməli etiraf etdim".

Qeyd edək ki, hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ilə ittiham irəli sürülüb. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.