Prezident onu təltif etdi

Hüseyn Rzaqulu oğlu Quliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Jun 22, 2026 - 15:55
Prezident onu təltif etdi

SAVASHMEDİA.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Bildirilib ki, Azərbaycanın diplomatik xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə H.Quliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Hüseyn Quliyev 2012-ci ildən bəri Azərbaycanın Özbəkistandakı Fövqəladə və səlahiyyətli səfiridir. Sabah onun 80 yaşı tamam olacaq.