Ən ucuz telefon markaları - Adlar
Ucuz telefon markaları adətən büdcəyə uyğun modellər təklif edən və əsas funksionallığı təmin edən brendlərdir.
Bu markalar yüksək performans və kamera keyfiyyəti yerinə, əsas funksiyalara və sərfəli qiymətə fokuslanır.
SAVASHMEDİA.az hazırda bazarda mövcud olan ucuz telefon markalarını təqdim edir:
Realme
Çində yerləşən “OPPO”nun sub-brendidir.Android əsaslı “Realme” smartfonu ucuz və keyfiyyətli modelləri ilə uyğun qiymət axtaranlar üçün əlverişli seçimdir.
Xiaomi (Redmi & Poco)
“Redmi A” və “Redmi Note” seriyası çox sərfəli qiymətədir. “Poco” markası da eyni şəkildə ucuz, lakin güclü xüsusiyyətlərə malikdir.
Tecno
“Transsion Holdings”ə aiddir.Bütövlükdə aşağı qiymətli telefon bazarına fokuslanır.”Tecno Spark” və “Pop” modelləri xüsusilə ucuzdur.
itel
“Transsion Holdings”ə aid markadır.Zəng, mesaj,internet kimi əsas funksiyalar üçün ideal seçimdir.
Nokia
Nokia-nın “Android Go” əməliyyat sistemli modelləri ucuz və sadə istifadəyə uyğundur. Xüsusilə də “Nokia C” seriyası.
UMIDIGI
Çin istehsalıdır, az tanınır, lakin sərfəli qiymətədir.Ucuz modelləri AliExpress və digər saytlarda tapmaq mümkündür.
Lava
Hindistan mənşəlidir.Xüsusilə çox ucuz modelləri ilə tanınır.Android Go istifadə edən modelləri var.
Doogee
Çin markasıdır.Həm büdcəyə uyğun, həm də dözümlü telefonları ilə məşhurdur.
Blu
ABŞ markasıdır, Çində istehsal olunur. Android əsaslıdır.
Banu