Sabah bu rayonda qaz kəsiləcək – Sakinlərə xəbərdarlıq!

Neftçala rayonunun bir hissəsində qaz təchizatında fasilələr yaranacaq.

May 22, 2025 - 17:32
Sabah bu rayonda qaz kəsiləcək – Sakinlərə xəbərdarlıq!

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Bildirilib ki, Neftçala rayonu Xolqarabucaq kəndində vətəndaşın müraciətinə əsasən d-108 mm-lik yerüstü qaz kəməri üzərində darvaza keçidinin quraşdırılması ilə əlaqədar, 23.05.2025-ci il saat 15:00-dan etibarən işlər başa çatanadək yaşayış məntəqəsində (448 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.