AQTA-nın ət möhürləri ilə bağlı ŞOK İDDİA - “Qaynadanda su göy rəngə boyanır”
Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ət məhsullarının üzərinə vurduğu möhürlərlə bağlı paylaşım edib.
SAVASHMEDİA.az xəbər verir ki, o, AQTA-nın vurduğu möhürün istehlakçı üçün həmin ətin yoxlanıldığını, təhlükəsizlik tələblərinə cavab verdiyini və istifadəyə yararlı olduğunu göstərdiyini bildirib.
Lakin o, son vaxtlar müxtəlif rayonlardan daxil olan məlumatların bu proseslə bağlı müəyyən suallar yaratdığını deyib.
Sahib Məmmədovun sözlərinə görə, bəzi bölgələrdə ətlərin möhürlənməsi zamanı xüsusi qida boyası əvəzinə kimyəvi tərkibli mürəkkəbdən istifadə edildiyi iddia olunur.
Fotoda Sahib Məmmədov
"Mənə bir neçə rayonda deyiblər (hətta göstəriblər) ki, bu möhür üçün kimyəvi məhluldan (çerneldən) istifadə olunur. Belə möhür ətin üzərində xeyli sayda vurulur və onu yuyub təmizləmək olmur və ya çox çətin olur. Nəticədə hətta sağlam ət də orqanizm üçün təhlükə yaradır. Qaynadanda hətta ətin suyu göy rəngə çevrilir. Halbuki, möhür üçün təhlükəsiz olan orqanik tərkibli xüsusi maye olmalıdır".
Sahib Məmmədovun fikrincə, məsələyə aydınlıq gətirilməsi həm istehlakçıların narahatlığını aradan qaldırar, həm də qida təhlükəsizliyi ilə bağlı suallara cavab olar.
Oğuz