Dmitri Medvedev polyaklara söyüş ünvanladı – “bobr kurva”

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Polşa hakimiyyətini təhqir edib.

Oct 24, 2024 - 14:11
Dmitri Medvedev polyaklara söyüş ünvanladı – “bobr kurva”

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, bu addımı Rusiyanın Poznandakı Baş Konsulluğunun bağlanması və əməkdaşlarının ölkədən çıxarılması barədə qərarını “X” səhifəsində şərh edərkən atıb. 

“Bu polyaklar insan ovuna çıxıblar. 1920-ci illərdə ədalət məhkəməsi düşmən ölkələrinin elçiləri üçün cəld idi. [Nikolay] Andreev, [Yakov] Blyumkin və yazıq alman səfiri [Vilhelm] fon Mirbax buna misaldır”, - deyə Medvedev yazıb.

Təhlükəsizlik Şurasının sədr müavini postunu Polşa bayraqlı və üzərində “bobr kurva” söyüşü olan qunduz təsviri ilə verib.

Qeyd edək ki, bu yaxınlarda Polşa xarici işlər naziri Radoslav Sikorski Rusiyanın Poznandakı Baş Konsulluğunun yaxın günlərdə bağlanacağını və əməkdaşların ölkədən çıxarılacağını açıqlayıb. O, bu qərarını Polşadakı təxribat cəhdlərinin arxasında Rusiyanın dayanması ilə bağlı əldə etdiyi məlumatla izah edib. 

Xatirə SADİQ