İsrail İrana hücumu bu səbəbdən ertələdi
İsrail İrana hücuma hazırlıqla bağlı Amerikanın məxfi sənədlərinin sızması səbəbindən bu əməliyyatı təxirə salıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Britaniyanın “The Times” qəzeti yazıb.
“ABŞ sənədlərinin sızması müəyyən strategiyaların və komponentlərin dəyişdirilməsi zərurəti səbəbindən hücumu ertələdi. Cavab tədbirləri görüləcək, lakin onlara nəzərdə tutlduğundan daha çox vaxt sərf ediləcək”, - deyə adı açıqlanmayan ölkənin kəşfiyyatdakı mənbəyi bildirib.
Oktyabrın 22-də ABŞ-nin Federal Təhlükəsizlik Bürosu məxfi sənədlərin sızması ilə bağlı təhqiqatın başlandığını təsdiqləyib.
Xatirə SADİQ