Norveç şahzadəsinin oğlu saxlanıldı
Norveçin vəliəhd şahzadəsi Mette-Maritin 27 yaşlı oğlu Marius Borq Hoybi huşunu itirmiş qıza cinsi təcavüzdə ittiham olunaraq saxlanılıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Oslo polis idarəsinə istinadən verilən məlumatda deyilir ki, hazırda şahzadənin övladının həbs olunub-olunmayacağı ilə bağlı heç bir qərar verilməyib.
Hoybi noyabrın 18-də axşam saatlarında avtomobilində olarkən Oslo şəhərinin kənarında – vəliəhd şahzadələr Hokon və Mette-Maritin rəsmi iqamətgahı olan Skauqum yaxınlığında saxlanılıb və polis bölməsinə aparılıb.
Ona ilin əvvəlində baş vermiş və polisin noyabrın 6-da araşdırmaya başladığı insidentə görə ittiham təqdim edilib.
Həbslə eyni vaxtda polis Marius Borg Hoybinin Skauqumdakı iqamətgahında axtarış aparıb.
Xatirə SADİQ