Yaxın saatlarda Bundestaqda kansler seçiləcək - “Bild”dən təcili xəbər

Almaniyanın yeni kanslerinin seçilməsi ilə bağlı Bundestaqda səsvermənin ikinci turu bu gün keçiriləcək.

May 6, 2025 - 16:41
Yaxın saatlarda Bundestaqda kansler seçiləcək - “Bild”dən təcili xəbər

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Bild” təcili məlumat yayıb. 

Məlumata görə, parlament fraksiyaları plenar iclas və səsvermənin ikinci turu öncəsi müavinlərini təcili olaraq fraksiya iclaslarına çağırıb.

Qeyd edək ki, bir neçə saat öncə həmin “Bild” nəşri Fridrix Mertsin bu gün kansler ola bilməyəcəyi barədə xəbər yaymışdı.

Xatırladaq ki, kanslerin seçilməsi ilə bağlı birinci səsvermə zamanı Mertsin lehinə 310 deputat səs vermişdi. Kanslerin seçilməsi üşün isə ən azı 316 səs tələb olunur. 

Xatirə SADİQ