Rusiya və Ukraynaya 205 əsir qaytarıldı - TASS
Rusiya ilə Ukrayna növbəti dəfə hərbi əsir mübadiləsini həyata keçirib.
SAVASHMEDİA.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, mayın 6-da Rusiya Kiyevin nəzarətində olan ərazidən 205 rus hərbçisini geri qaytarıb, əvəzində isə Ukrayna Silahlı Qüvvələrindən 205 hərbi əsiri təhvil verib.
Birləşmiş Ərəb Əmirlikləri əsir mübadiləsi zamanı humanitar vasitəçilik səyləri göstərib.
Xatirə SADİQ