“Rusiyaya qarşı iqtisadi təzyiq saxlanılacaq” – Donald Tramp

Birləşmiş Ştatlar Rusiyaya iqtisadi təzyiqi saxlayacaq və bu, Rusiyanın Ukrayna ilə müqavilə imzalamasınadək belə olacaq.

Jan 21, 2025 - 08:40
“Rusiyaya qarşı iqtisadi təzyiq saxlanılacaq” – Donald Tramp

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ağ Evdə keçirilən mətbuat konfransında ABŞ-nin 47-ci prezidenti Donald Tramp deyib. 

“Sanksiyalar və ya tariflər. Düşünürəm ki, “tarif” sözü dolları gücləndirdiyi üçün daha yaxşı sözdür və tariflər daha effektivdir”, - deyə Tramp bildirib. 

Prezident əlavə edib ki, birinci prezidentlik dövründə İrana qarşı sanksiyalardan istifadə edib və vəzifəsini tərk edərkən İran artıq müflisləşmişdi. O, xatırladıb ki, hətta İranın “HƏMAS” və “Hizbullah” üçün pulları qalmamışdı. 

Tramp hesab edir ki, indi iranlılar varlıdır, çünki 7 oktyabr 2023-cü ildə İsrailə hücum mümkün oldu. Amma İstail keçən il İrana hücum edərək onu “başqa şəkildə” zəiflədib. 

Xatirə SADİQ