Lukaşenko BMT-nin Baş katibinə leyləklərdən danışdı - "Eh, Antonio..."

Belarus prezidenti Aleksandr Lukaşenko BMT-nin baş katibi Antonio Quterreşə leylək heykəli hədiyyə edib.

Oct 24, 2024 - 18:21
Lukaşenko BMT-nin Baş katibinə leyləklərdən danışdı - "Eh, Antonio..."

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “BelTA” agentliyi məlumat yayıb.

BRİKS sammiti çərçivəsində BMT-nin baş katibi ilə görüşən A.Likaşenko bildirib ki, ölkəsi istənilən münaqişənin sülh yolu ilə həllinə tərəfdardır.

“Bu, sülhün rəmzidir. Bizim leyləklər sülhü təcəssüm etdirir. Eh Antonio, bizə sülh çox lazımdır”, - deyə  Lukaşenko hədiyyəni təqdim edərkən izah edib.

Belarus lideri bildirib ki, Quterreş beynəlxalq gündəmdəki əsas məsələlərlə bağlı BMT-nin mövqeyini açıq və dürüst danışan ilk baş katibidir. 

Lukaşenko əlavə edib ki, Belarus həmişə onun yanında olacaq: “Biz sülhün, dinc danışıqların tərəfdarıyıq, istənilən münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq”

Xatirə SADİQ