London Rusiyaya yeni ticarət sanksiyası tətbiq etdi
Böyük Britaniya hökuməti Rusiyaya qarşı 150 yeni ticarət sanksiyasını elan edib.
SAVASHMEDİA.az bu barədə “Politico” nəşrinə istinadən xəbər verir.
Məlumata görə, hökumət pilotsuz uçuş aparatlarına nəzarət etmək üçün istifadə edilən oyun konsollarının kontrollerlərinin Rusiyaya ixracını qadağan edib, müxtəlif texnologiyalar, o cümlədən yeni neft və qaz quyularının kəşfiyyatına və işlənməsinə imkan verən proqram təminatı üçün Rusiyaya çıxışı bağlayıb.
Bundan əlavə, sanksiyalar paketi Rusiyanın hərbi və sənaye potensialını məhdudlaşdırmaq üçün kimya, elektronika, maşın və metalların ixracını qadağan edir.
“Bu gün biz Rusiyanın döyüş maşınını boğmaq, ukraynalıların həyatını xilas etmək və Britaniya bizneslərini Rusiyanın həyasız istismarından qorumaq üçün öz səlahiyyətlərimizdən istifadə edirik”, - Böyük Britaniyanın sanksiyalar naziri Stiven Douti bildirib.
Yeni qadağalar dərhal qüvvəyə minir.
Xatirə SADİQ