“Ukrayna əraziləri üzrə strateji sənəd Trampın masasındadır” 

“ABŞ prezidenti Donald Trampın masasının üstündə Ukrayna əraziləri üzrə strategiya ilə əlaqədar sənəd var”. 

Apr 24, 2025 - 16:39
“Ukrayna əraziləri üzrə strateji sənəd Trampın masasındadır” 

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, president Volodimir Zelenski bunu Cənubi Afrika Respublikasında keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Londonda Ukrayna, Avropa komandaları və ABŞ nümayəndələrinin danışıqları zamanı Vaşinqton Ukrayna əraziləri ilə bağlı öz strategiyasını təklif edib.

“Bizim komandamız, Avropa komandası və ABŞ nümayəndələri arasında konstruktiv danışıblar və kağızda müvafiq məqamlar peyda olub. ABŞ-nin təklifindən sonra başqa kağız meydana çıxdı. Və mən hesab edirəm ki, bu sənəd indi prezident Trampın masasındadır. Bizim dəyərlərimizə və ya Konstitusiyamıza zidd olan hər şey heç bir müqaviləyə daxil edilə bilməz”, - deyə Zelenski xəbərdarlıq edib. 

Xatirə SADİQ