Tramp administrasiyası G7-ni pis vəziyyətdə qoydu - “Bloomberg”

Tramp administrasiyası G7 üzrə müttəfiqlərinə Rusiyanın Ukraynanın Sumı şəhərinə endirdiyi zərbəni pisləyən bəyanatı imzalamayacağını bildirib.

Apr 15, 2025 - 17:38
Tramp administrasiyası G7-ni pis vəziyyətdə qoydu - “Bloomberg”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Vaşinqton bu qərarı “sülh danışıqları üçün məkanı qorumağa çalışmaq”la izah edib. 

Agentliyin mənbələri əlavə edib ki, bu il G7-yə sədrlik edən Kanada müttəfiqlərinə ABŞ-nin dəstəyi olmadan belə bəyanatla çıxış etməyin qeyri-mümkün olacağını bildirib.

Söhbət aprelin 13-də iki “İsgəndər-M” operativ-taktiki raketinin Sumını vurmasından gedir. 

Sumı Şəhər Şurasının son məlumatına görə, hücumda 35 nəfər ölüb, 125 nəfər yaralanıb. 

Ukrayna prezidenti Vladimir Zelenski dünya istimaiyyətini sərt cavab verməyə çağırıb. Bu hücum bir sıra ölkələrin liderləri, o cümlədən Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Kir Starmer tərəfindən pislənilib. Makron bildirib ki, Moskva “prezident Trampın diplomatik səylərinə” məhəl qoymur.

Xatirə SADİQ