“Terrorçularla danışıqlara hazır olmaq ən böyük kompromisdir” - Zelenski
“Müharibənin sülh yolu ilə həlli üzrə danışıqlara doğru ilk addım Rusiyanın hələlik razılaşmadığı tam və qeyd-şərtsiz atəşkəs olmalıdır”.
SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu president Volodimir Zelenski aprelin 24-də Cənubi Afrika prezidenti Siril Ramafosa ilə birgə mətbuat konfransında deyib.
“Bu, bir nömrəli addımdır. Və biz kompromislərdən danışanda... bu barədə sual verirsiniz. Hesab edirəm ki, bizə hücum edilib, ərazilər işğal edilib, on minlərlə insan öldürülüb, çoxlu uşaq və böyüklər diri-diri basdırılıb. Və Ukraynanın tam atəşkəsdən sonra danışıqlar masası arxasına əyləşməyə hazır olması – bizim torpaqlarımızda bütün bunları törədən terrorçularla – bu, böyük kompromisdir”, - deyə Zelenski vurğulayb.
Prezident vurğulayıb ki, Ukrayna hamıdan çox müharibənin dayandırılmasında maraqlıdır. Ona görə də bütün sülh təşəbbüsləri vacibdir və reallaşa bilər. Lakin onların hamısı tam, qeyd-şərtsiz atəşkəslə başlayır.
“Rusiya Federasiyası istisna olmaqla, hamı bununla razılaşır”, - deyə Zelenski əlavə edib.
Onun sözlərinə görə, Rusiya tərəfindən oğurlanmış ukraynalı uşaqların geri qaytarılması ikinci qırmızı xəttdir. Bundan başqa, bu, hər kəsin hər kəsə mübadiləsidir.
Zelenski ümid etdiyini bildirib ki, Birləşmiş Ştatlar nəhayət tam atəşkəsə nail olmaq üçün Rusiyaya daha güclü təzyiq göstərə bilər.
Xatirə SADİQ