ABŞ müttəfiqlərinə müraciət etdi – Rusiyaya qarşı daha bir sanksiya

Birləşmiş Ştatlar G7-dəki müttəfiqlərindən Rusiya palladiumu və titanına qarşı sanksiyalar tətbiq etməyi nəzərdən keçirmələrini xahiş edib.

Oct 24, 2024 - 17:02
ABŞ müttəfiqlərinə müraciət etdi – Rusiyaya qarşı daha bir sanksiya

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. 

Dünyanın müxtəlif ölkələrindən maliyyə rəsmiləri Beynəlxalq Valyuta Fondu və Dünya Bankının illik toplantısına ABŞ paytaxtına toplaşıblar. Bayden administrasiyasının məmurları oktyabrın 22-də Vaşinqtonda G7 maliyyə nazirlərinin müavinlərinin görüşü zamanı sanksiyaların tətbiqi imkanını müzakirə ediblər. 

Mənbə bildirib ki, ABŞ Rusiya iqtisadiyyatının daha da zəifləməsi ilə bağlı danışıqlara başlamaq ideyasını irəli sürüb.

Qeyd edək ki, palladium avtomobillər üçün kompüter çipləri və katalizatorların hazırlanmasında əsas komponentdir, titan isə təyyarələrdə və tibbi implantlarda istifadə olunur. 

Əsas problemlərdən biri Avropanın bu metallardan asılı olması və keçmişdə onların hasilatına o qədər də maraq göstərməməsidir.

Xatırladaq ki, ABŞ artıq Rusiya titanını “qara siyahı”ya salıb, lakin bu metallar əsas komponentlər olduqlarından Qərb hökumətləri qlobal bazarların pozulması qorxusu ilə Rusiyadan tədarükün kəsilməsindən ehtiyatlanır. 

Xatirə SADİQ