Qudermesə hücum zamanı ukraynalı əsirlər ölüb – Ramzan Kadırov

Qudermesdəki Putin adına Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinə (RUS) pilotsuz təyyarənin hücumu nəticəsində ukraynalı əsirlər həlak olublar.

Oct 30, 2024 - 14:49
Qudermesə hücum zamanı ukraynalı əsirlər ölüb – Ramzan Kadırov

SAVASHMEDİA.az “Azadlıq radiosu”na istinadən xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov iddia edib.

“Bundan əvvəl dediyim kimi, hücum nəticəsində bizim tərəfimizdən heç bir itki yoxdur. AMMA! Onlar ukraynalı əsirlər arasında var. Respublikadakı hər strateji obyektdə, o cümlədən RUS-un ərazisində 10-a yaxın ukraynalı əsir saxlanılır. Kiyevi bizə zərər verməyə çalışarkən öz əsgərlərini məhv edib”, - deyə Çeçenistan rəhbəri “teleqram”da yazıb.

“Azadlıq radiosu” qeyd edib ki, Kadırovun bəyanatının təsdiqi yoxdur. 

Qeyd edək ki, bir gün əvvəl Çeçenistan dron hücunuba məruz qaldığını bildirib. Hücum nəticəsində Qudermesdə RUS-un binalarından birinin damı yanıb. Burada Rusiyanın hər yerindən gələn muzdlular Ukraynaya qarşı müharibəyə hazırlıq keçir.

Ukrayna mənbələri isə hesab edirlər ki, pilotsuz uçuş aparatları qonşu Dağıstan ərazisindən buraxılıb və hücum Kadırovun müdaxilə etdiyi “Wildberries” ətrafındakı münaqişə ilə bağlı olub. 

Xatırladaq ki, Çeçenistan rəhbəri hətta ona qarşı sui-qəsd hazırlandığını və sifarişin Federasiya Şurasının üzvü, dağıstanlı milyarder Süleyman Kərimov, Dövlət Dumasının Dağıstandan və İnquşetiyadan olan deputatları Rizvan Kurbanov və Bexan Baraxoyev tərəfindən verildiyini açıqlayıb. 

Xatirə SADİQ