Kennedinin qətlinə dair məxfi sənədlər sabah dərc olunacaq – Tramp

ABŞ-nin 36-cı prezidenti Con Kennedinin qətli ilə bağlı redaktə edilməmiş fayllar sabah açıqlanacaq.

Mar 18, 2025 - 12:16
Kennedinin qətlinə dair məxfi sənədlər sabah dərc olunacaq – Tramp

SAVASHMEDİA.az CNN-ə istinadən xəbəbr verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

“Sabah biz Kennedi ilə bağlı bütün faylları elan edəcəyik və yayımlayacağıq –insanlar bunu onilliklərdir gözləyirlər və mən məsuliyyət daşıyan öz adamlarıma, [Milli Kəşfiyyatın Direktoru] Tulsi Qabbard tərəfindən toplanmış çoxlu müxtəlif adamlara tapşırdım və o sabah dərc olunacaq. Bizim iri sayda kağızımız var, sizə çox oxumaq lazım gələcək. Mən düşünmürəm ki, nəyisə redaktə edəcəyik. Mən dedim: “Sadəcə redaktə etməyin, siz redaktə edə bilməzsiniz”. Ancaq biz Kennedi üzrə faylları dərc edəcəyik və bu, sabah olacaq”, - deyə Tramp vurğulayıb.

“Ağ Ev onunla tanışlıq üçün xülasə hazırlayıbmı?” sualına Tramp belə cavab verib: “Qətiyyən yox, mən xülasə etməyəcəyəm”. 

ABŞ prezidenti bildirib ki, dərc olunacaq sənədlərin ümumi həcmi təxminən 80 min səhifə olacaq.

Xatirə SADİQ