Çin lideri ABŞ-yə səfər edəcək - Donald Tramp
ABŞ prezidenti Donald Tramp Çin lideri Si Cinpinin yaxın vaxtlarda Vaşinqtna səfər edəcəyini bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
“O (Si – red.) yaxın vaxtlarda gələcək”, - deyə Vaşinqtonda Con Kennedi adına İfaçılıq Mərkəzinə ziyarəti zamanı Tramp deyib.
Nəşr qeyd edir ki, Ağ Ev iki ölkə liderinin yüksək səviyyədə görüşü ilə bağlı danışıqlara başlanılıb-başlanılmadığı barədə suala cavab verməyib.
Çinin Vaşinqtondakı səfirliyi də şərh verməkdən imtina edib.
Amma vəziyyətlə tanış olan mənbə nəşrə bildirib ki, belə görüşlə bağlı heç bir müzakirənin olmayıb.
Xatirə SADİQ