Kəlbəcərdə ağır qəza - 2 nəfər öldü

Kəlbəcərdə ağır yol qəzası baş verib.

Mar 18, 2025 - 11:21
Kəlbəcərdə ağır qəza - 2 nəfər öldü

SAVASHMEDİA.az xəbər verir ki, Qamışlı kəndində yük avtomobili dərəyə aşıb.

Nəticədə avtomobildə olan şəxslərdən 1961-ci il təvəllüdlü Mirabbas Məmmədov və 1977-ci il təvəllüdlü Ramin Şahnəzərov hadisə yerində ölüb. 1988-ci il təvəllüdlü Elçin Nadirov isə ağır vəziyyətdə Gəncədəki xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.