Suriyanın beş şəhəri Türkiyənin tərkibinə keçəcək? - "Ərdoğan elə deməyib"
Prezident Rəcəb Tayyib Ərdoğan Suriya şəhərlərinin Türkiyəyə birləşdirilməsindən danışmayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Ankaradakı diplomatik mənbələr məlumat verib.
Mənbə Türkiyə liderinin ancaq bu bölgələrlə qardaşlıq münasibətlərinin bərqərar olmasından danışıb.
Xatırladaq ki, bundan əvvəl xəbər verilmişdi ki, Ərdoğan Sakaryada hakim partiya üzvləri ilə keçirdiyi toplantıda Suriyanın beş şəhəri, o cümlədən Hələb və Dəməşqin Türkiyənin əyalətlərinə çevriləcəyini bildirib.
Oğuz