Zurabişvili meydana gəldi, çıxışı alqışlarla qarşılandı - "Yeni il ağacı olmayacaq" + FOTO
Gürcüstan hazırkı prezidenti Salome Zurabişvili parlamentin Mixeil Kavelaşvilini yeni prezident elan etməsindən sonra paytaxtın Rustavelli pospektinə gəlib.
SAVASHMEDİA.az-ın məlumatına görə, Rustaveli prospektinə toplaşan aksiyaçılar burada onu sürəkli alqışlarla qarşılayıb.
Aksiyada çıxış edən S.Zurabişvili bir daha seçki nəticələrini tanımadığını və yeni seçkilərin təyin olunmasına qədər meydanda olacağını bəyan edib: "Yeni seçkilər isə hökmən olacaq".
O, həmçinin Tbilisi meriyasının Yeni il şənliklərini təxirə saldığını bildirib.
Bundan bir neçə dəqiqə sonra isə Tbilisi meri Kaxa Kaladze prezidentin dediklərini rəsmən təsdiqləyib. O, hökumət administrasiyasında keçirilən brifinqdə Yeni il tədbirinin təxirə salındığını etiraf edib. Merin sözlərinə görə, müxalifət partiyalarının təxribatlar planlaşdırdığı barədə məlumatlar daxil olub və buna görə də, tədbiri təxirə salmalı olublar.
Qeyd edək ki, Tbilisi meriyası bu gün saat 19:00-da Yeni il ağacının işıqlandırılacağını elan etmişdi.
Oğuz