"Sənin əcdadların harada idi?" - Qubernatordan açıqlama

Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov X sosial şəbəkəsində çexiyalı senator Miroslava Nemkovaya sərt cavab verib.

Feb 1, 2025 - 08:39
"Sənin əcdadların harada idi?" - Qubernatordan açıqlama

SAVASHMEDİA.az xatırladır ki, çexiyalı senator son paylaşımında İkinci Dünya Müharibəsi zamanı Leninqradın mühasirəsini xatırladaraq ruslara bunun təkrarını yaşatmağın vacibliyini yazıb.

Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov çexiyalı senatoru Leninqrad blokadasının bir milyon qurbanının xatirəsini təhqir etməkdə günahlandıraraq bunları yazıb:

"Maraqlıdır, həmin vaxt sənin əcdadların harada idi? Onlar Hitlerin göstərişinə uyğun olaraq Leninqradı yer üzündən silməyə hazırlaşırdılar, yoxsa 1945-ci ilin mayında faşistlərə qarşı mübarizəyə qalxmışdılar?
Sankt-Peterburq qubernatoru həmçinin xatırladıb ki, sovet əsgərləri 12 min qurban hesabına Praqanı məhv olmaqdan xilas edib.

Beqlov faşizmə qarşı vuruşmuş vıə sağ qalan çex döyüşçülərinin Nemtsovanın istefasını tələb etməməsindən təəssüfləndiyini bildirib. 

Oğuz