"Axı mən ərəblərə söz vermişəm" - Trampdan İsrailə reaksiya
“ABŞ İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinə imkan verməyəcək”.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Time” jurnalına müsahibəsində bildirib.
Amerika liderindən mümkün ilhaqın nəticələri barədə sualına belə cavab verib:
“Bu baş verməyəcək, çünki mən ərəb ölkələrinə söz vermişəm. Siz (İsrail) indi bunu edə bilməzsiniz. Ərəb ölkələrindən böyük dəstək almışıq. Bu, ərəb ölkələrinə söz verdiyim üçün baş verməyəcək. Bu, baş verməyəcək. Belə olsa, İsrail ABŞ-nin bütün dəstəyini itirəcək”.