Saakaşvili hakimiyyətə aldanmamağa çağırdı
“Yalnız yeni seçkilər çox dərin böhranı aradan qaldıracaq. Mən bu barədə Nika Qvaramiya və digərləri ilə razıyam”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Gürcüstanın hazırda həbsxanada olan eks-prezidenti Mixail Saakaşvili “Facebook”da yazıb.
Onun sözlərinə görə, indi hakimiyyət etirazlar zamanı saxlanılan insanları azad edə bilər, lakin heç nə dəyişməsə, gələcəkdə daha çox insan həbs olunacaq.
“Təbii ki, məhbusların azadlığa buraxılması vacibdir, amma oliqarx bu girovlardan sövdələşmə üçün istifadə edir. İndi onları azad edəcək və heç nə dəyişməsə, gələcəkdə daha da çox həbs edəcək. Ona görə də əminəm ki, yaxın gələcəkdə bütün məhbuslar azad olunacaq, lakin bu, bizi aldatmamalıdır”, - deyə Saakaşvili xəbərdarlıq edib.
Xatirə SADİQ