Zelenski Haaqada Trampla görüşəcəyinə ümid edir

Ukrayna prezidenti Volodimir Zelenski iki gün ərzində NATO sammitinin keçirildiyi Haaqada amerikalı həmkarı Donald Trampla görüşə biləcəyinə ümid edir.

Jun 24, 2025 - 13:53
Zelenski Haaqada Trampla görüşəcəyinə ümid edir

SAVASHMEDİA.az xəbər verir ki, Zelenski bu barədə  Sky News telekanalına müsahibəsində bildirib. 

ABŞ prezidenti ilə görüş planları ilə bağlı suala cavabında Zelenski belə görüş keçirməyə hazırlaşdığını söyləyib.

“Bəli, hazırlaşıram. Sizə açığını söyləyim - bilmirəm, necə olacaq. Komanda bunun üzərində işləyir. Bəli, biz görüşməyə hazırlaşırıq”, - Ukrayna dövlət başçısı əlavə edib.

Zelenski qeyd edib ki, komandalar görüşün “vaxtını müzakirə edirlər”.

Zelenski həmçinin ümid etdiyini bildirib ki, prezident Tramp ukraynalıların ABŞ-nin müttəfiqləri olduğunu anlayacaq.

“Trampın Putinlə hansı münasibətləri olduğunu bilmirəm. Bununla bağlı müxtəlif siqnallar var. Və əminəm ki, prezident Tramp başa düşür: ukraynalılar Amerikanın müttəfiqləridir. Amerikanın əsl ekzistensial düşməni isə Rusiyadır. Onlar qısa müddətə tərəfdaş ola bilərlər, lakin heç vaxt dost olmayacaqlar”, - deyə Zelenski əminliklə vurğulayıb. 

Xatırladaq ki, prezident Zelenskinin keçən həftə Kanadada keçirilən G7 sammiti çərçivəsində Trampla görüşü gözlənilirdi. Lakin prezident Tramp sammiti erkən tərk etdiyindən görüş baş tutmadı.

KİV bunu Trampın fransalı həmkarı Emmanuel Makronla ədavəti və Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşə maraq göstərməməsi ilə izah etdi.

Xatirə SADİQ