“Heç kimə ukraynalıların həyatı ilə oynamağı tövsiyə etmirəm” – Zelenski
Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin Rusiyanın ultimatumlarını qəbul etməyə hazırlaşmadığını bəyan edib.
SAVASHMEDİA.az xəbər verir ki, o, bu barədə Sky News telekanalına müsahibəsində bildirib.
“ABŞ prezidenti Donald Tramp Putinin Yaxın Şərqdəki köməyi üçün Ukraynanı dəyişib ona sərfəli sövdələşmə təklif edə biləcəyindən ehtiyatlanmır ki?” sualına Zelenski belə cavab verib:
“Mən həmişə demişəm ki, biz, əlbəttə, istənilən ölkə kimi obyekt olmaq istəmirik, subyekt olmaq istəyirik. Biz müharibənin lap əvvəlindən subyektivliyimizi nümayiş etdirmişik və bunu hətta tərəfdaşların köməyi olmadan da etmişik. Ona görə də Rusiyanın ultimatumlarını qətiyyətlə qəbul etməyə hazırlaşmırıq. Mən hesab edirəm ki, biz böyük dövlətlər arasında danışıqlarda kart olmayacağıq və bunu heç vaxt qəbul etməyəcəyik. Ona görə də heç kimə ukraynalıların həyatı ilə oynamağı tövsiyə etmirəm. Biz həmişə Amerikanı dəstəkləmişik, sivil dünyanın lideri kimi həmişə Amerikanın tərəfdaşı olmuşuq”.
Xatirə SADİQ