Zelenski həmin görüşdən sonra - "Donbasdan imtina etməyəcəyik"

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin sülh naminə Donbasdan imtina etməyə hazır olmadığını bildirib.

Sep 6, 2026 - 22:59
Zelenski həmin görüşdən sonra - "Donbasdan imtina etməyəcəyik"

SAVASHMEDİA.az xəbər verir ki, Zelenski bunu sentyabrın 6-da keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Donbas məsələsi yalnız həmin regionla bağlı deyil, Ukraynada davam edən münaqişənin əsas məsələlərindən biridir.

“Donbas məsələsi yalnız Donbas məsələsi deyil. Düşünürəm ki, bu, müharibənin öz məsələsidir”, – Zelenski bildirib.

Ukrayna lideri həmçinin qeyd edib ki, döyüş meydanında güclü mövqeyə malik olmadan Kiyev yalnız ultimatumlarla üzləşə bilər.

Zelenskinin açıqlaması ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Kiyevə səfəri və Ukrayna üzrə sülh danışıqlarının intensivləşdiyi bir vaxtda səslənib.