Sənəd mediaya sızdı: İran və ABŞ anlaşdı – Bu da həmin 14 bənd

ABŞ və İran arasında əldə olunduğu iddia edilən 14 maddəlik anlaşma memorandumunun detalları yayılıb. 

Jun 17, 2026 - 00:47
Jun 17, 2026 - 00:48
Sənəd mediaya sızdı: İran və ABŞ anlaşdı – Bu da həmin 14 bənd

SAVASHMEDİA.az xəbər verir ki, sənəd hələ rəsmi şəkildə təsdiqlənməsə də, 14 bəndlik sülh sazişi xarici mediada dərc olunub.

Həmin bəndləri təqdim edirik:

1. Bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatlar dərhal dayandırılacaq.

2. ABŞ və İran bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət edəcək, daxili işlərə qarışmayacaq.

3. Tərəflər yekun saziş üçün maksimum 60 gün ərzində danışıqlar aparacaq. Bu müddət qarşılıqlı razılıqla uzadıla bilər.

4. ABŞ memorandum imzalandıqdan sonra dəniz blokadasını dayandıracaq və 30 gün ərzində gəmiçiliyin tam bərpasına şərait yaradacaq.

5. ABŞ yekun sazişdən sonra 30 gün ərzində bölgədəki bəzi hərbi qüvvələrini geri çəkməyi öhdəsinə götürəcək.

6. İran Fars körfəzi və Oman dənizində kommersiya gəmiçiliyinin bərpasını təmin edəcək və 30 gün ərzində müharibədən əvvəlki səviyyəyə qaytarmağa çalışacaq.

7. ABŞ və regional tərəfdaşları İran iqtisadiyyatının bərpası üçün ən azı 300 milyard dollarlıq maliyyə proqramı hazırlayacaq.

8. Həmin proqramın icra mexanizmi 60 gün ərzində yekunlaşdırılacaq.

9. ABŞ İrana qarşı tətbiq olunan beynəlxalq və birtərəfli sanksiyaların mərhələli şəkildə ləğvini həyata keçirəcək.

10. İran nüvə silahı əldə etməyə çalışmayacağını bir daha bəyan edəcək.

11. Zənginləşdirilmiş uran və digər nüvə məsələləri yekun saziş çərçivəsində həll olunacaq.

12. Yekun razılaşma əldə edilənədək İran nüvə proqramını genişləndirməyəcək, ABŞ isə yeni sanksiyalar tətbiq etməyəcək və bölgədə hərbi iştirakını artırmayacaq.

13. ABŞ İran neftinin və neft-kimya məhsullarının ixracı üçün lazım olan lisenziyaları verəcək, həmçinin dondurulmuş İran aktivlərinin istifadəsinə razılaşacaq.

14. Müqavilənin icrasına nəzarət mexanizmi yaradılacaq və yekun sazişin BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiqlənməsi nəzərdə tutulacaq.

Oğuz