“Putinə yüz faizlik nifrət var”
“Putinə 100% nifrət var. Hətta 99,9% deyil. Amma bu o demək deyil ki, biz müharibəni mümkün qədər tez bitirmək, diplomatik yola keçmək üçün çalışmamalıyıq”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski CBS News telekanalının “60 dəqiqə” proqramına müsahibəsində deyib.
“Bizim üstümüzə gələn, bizi öldürən, uşaqları öldürən adama necə münasibət bəsləyək? İndi məktəbin bomba sığınacağındayıq. Uşaqlarımız indi belə təhsil alırlar. Biz son zərbə nəticəsində üç uşağın öldüyü məktəbdəyik. Putinə necə münasibət bəsləmək olar? Mənə elə gəlir ki, açığını desəm, ukraynalıların ona necə münasibət bəsləməsi onun heç vecinə deyil. Düzünü desəm, insanların ona necə münasibət bəsləməsi onun vecinə deyil. Hesab edirəm ki, o, başqa dünyada yaşayır, tamamilə öz dünyasındadır, orada özünü rahat hiss edir. Və nə qədər çox orada qalarsa, bu rahatlığa alışır”, - deyə Zelenski vurğulayıb.
Xatirə SADİQ