“ABŞ hokuməti rəsmən yalnız iki cinsi tanıyır” – Donald Tramp
ABŞ-nin seçilmiş prezidenti Donald Tramp andiçmə mərasimindən sonrakı ilk günündə “transgender dəliliyini” dayandıracağına söz verib.
SAVASHMEDİA.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, Tramp bunu Arizona ştatının Feniks şəhərində gənc mühafizəkarlar üçün keçirilən tədbirdə deyib.
“Uşaqların cinsi şikəstliyini dayandırmaq, orduda və ibtidai, orta və liseylərimizdə transgender siyasətinə son qoymaq üçün sərəncam imzalayacağam”, - deyə Tramp əlavə edib.
O, həmçinin qeyd edib ki, kişilər qadın idmanına buraxılmayacaq: “Birləşmiş Ştatlar hökuməti rəsmi olaraq yalnız iki cinsi – kişi və qadını tanıyacaq”.
Qeyd edək ki, ötən həftə ABŞ Konqresi illik müdafiə büdcəsini təsdiqləyib. Bu sənədə valideynləri orduda xidmət edən transgender uşaqlar üçün bəzi transgenderyönlü yardımın növlərinin maliyyələşdirilməsini bloklayan müddəa daxil edilib.
Xatirə SADİQ