SEPAH Pezeşkianı öldürəcək? - Parlamentdə impiçment təklifi
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə prezident Məsud Pezeşkian arasındakı ziddiyyətlər idarəolunmaz fazaya qədəm qoyub.
SAVASHMEDİA.az xəbər verir ki, qonşu ölkələrə hücumlarla bağlı Pezeşkianın üzr istəməsinə SEPAH-ın kəskin reaksiyası artıq narazılığın gizlədilməsinə ehtiyac duyulmadığı həqiqətini ortaya çıxarıb.
İran parlamentinin son toplantısında Prezident Məsud Pezeşkiana qarşı impiçment təklifinin irəli sürülməsi yaxın günlərdə siyası böhranın dərinləşəcəyinə dəlalət edir.
Xatırladaq ki, belə bir təkliflə İran parlamentinin mühafizəkar fraksiyası çıxış edib. Onlar Pezeşkianın zəif lider olduğunu və təslimçi mövqe sərgilədiyini iddia ediblər.
Pezeşkianın dəstəkçiləri arasında isə SEPAH-ın prezidenti fiziki cəhətdən məhv edə biləcəyi ilə bağlı narahatlıqlar artıb.
Oğuz