Kreml səhvən Putinin bu çıxışını yaydı - 4 dəqiqə sonra hər yerdən silinən VİDEO

Kremlin mətbuat xidməti səhvən Rusiya Prezidenti Vladimir Putinin 8 mart ərəfəsində qadınları təbrik videomüraciətinin redaktə olunmamış variantını yayıb.

Mar 8, 2026 - 17:14
Mar 8, 2026 - 19:48
Kreml səhvən Putinin bu çıxışını yaydı - 4 dəqiqə sonra hər yerdən silinən VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, 8 Mart gecəsi Prezidentin Mətbuat Xidmətinin Telegram kanalında 6 dəqiqə 19 saniyəlik video yayımlanıb. 

Videoda Rusiya prezidenti iki dəfə təbrik nitqi söyləməyə cəhd göstərsə də, öskürək ona mane olub. Putin boğaz ağrısından şikayətlənib və nitqinin yenidən yazılmasını xahiş edib.

Qeyd edək ki, videonun tam versiyası yayıldıqdan dörd dəqiqə sonra silinib. 20 dəqiqədən sonra Kreml 2 dəqiqə 52 saniyəlik videonun redaktə edilmiş yeni versiyasını paylaşıb.

Səlcuq