Macarıstan Trampın tələbinə əməl etməyəcək - Siyarto

Macarıstan hökuməti Rusiya Federasiyasının enerji daşıyıcılarını almaqdan imtina etməyəcək.

Sep 23, 2025 - 13:30
Macarıstan Trampın tələbinə əməl etməyəcək - Siyarto

SAVASHMEDİA.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto BMT Baş Assambleyası çərçivəsində “Guardian”a müsahibəsində bildirib.

Siyartonun sözlərinə görə, Budapeştin enerji təhlükəsizliyini təmin etmək üçün başqa həll yolu yoxdur. Nazir deyib ki, Macarıstan üçün “bu, sırf fiziki məsələdir”, yəni Macarıstan alternativsiz olaraq yanacaq nəqli üzrə Rusiya infrastrukturu ilə bağlıdır.

Siyarto onu da diqqətə çatdırıb ki, Aİ ölkələrindən Rusiyanın enerji resurslarının idxalını tamamilə dayandırmağı tələb edən ABŞ prezidenti Donald Trampın “yanlaşmasını başa düşür”. 

Qeyd edək ki, Siyarto əvvəllər iddia edirdi ki, Budapeşt açıq şəkildə Rusiyadan neft alırsa, digər Avropa ölkələri bunu daha ucuz olduğu üçün gizli və “dolayı yolla” həyata keçirir.

Xatirə SADİQ