Cimmi Kemmelin şousu efirə qaytarıldı

Amerikalı şoumen Cimmi Kimmelin gecə şousu ABC News telekanalının efirinə qaytarılacaq.

Sep 23, 2025 - 13:49
Cimmi Kemmelin şousu efirə qaytarıldı

SAVASHMEDİA.az ABC News telekanalına istinadən xəbər verir ki, bu barədə “Walt Disney” şirkəti bildirib. 

“Walt Disney” şirkəti izah edib ki, onlar şounun istehsalını dayandırmaq qərarına “ölkəmizdə emosional bir zamanda gərginliyi daha da artırmamaq üçün” gəliblər. Şirkətdən həmçinin deyilib ki, bu addım həm də yersiz və nəzakətsiz şərhlərə görə atılıb.

Şirkət onu da qeyd edib ki, Kimmel ilə “dərin düşündürücü söhbətlərdən” sonra şounun sentyabrın 23-də efirə qayıtmalı olduğu qənaətinə gəlinib.

Xatırladaq ki, şou proqtam mühafizəkarların fəalı və podcaster Çarli Kirkin qətlindən sonra dayandırılmışdı. Bu, Cimmi Kimmelin respublikaçıları həmin qətldən siyasi məqsədlər üçün istifadə cəhdində ittiham etməsindən və ABŞ prezidenti Donald Trampı ələ salmasından sonra baş vermişdi.

Xatirə SADİQ